Xəbər lenti

Voleybol millimiz Türkiyədə medal qazandı
İdman17:15 26.08.2018

Voleybol millimiz Türkiyədə medal qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Antalya şəhərində keçirilən qadın voleybolu üzrə "Gloria Cup” beynəlxalq turniri başa çatıb.
Oxu.Az xəbər verir ki, qadın voleybolu üzrə milli komandamız qardaş ölkədə keçirilən turniri medalsız tərk etməyib.
Belə ki, komandamız bürünc medal qazanıb. Bütün görüşlərdə qalib gələn meydan sahibi Türkiyə qızıl, Rusiya isə gümüş medala yiyələnib.
Qeyd edək ki, millimiz bu turnirdə Türkiyə və Rusiyaya 0:3 uduzub, İtaliyaya 3:0 qalib gəlib.