Xəbər lenti

Voleybol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi PAOK-a da rəhbərlik edəcək
İdman15:38 15.05.2023

Voleybol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi PAOK-a da rəhbərlik edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Ataman Güneyligil Yunanıstanın PAOK klubuna da rəhbərlik edəcək.
"Report" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, türkiyəli mütəxəssis eyni anda iki komandanın sükanı arxasında fəaliyyət göstərəcək.
Qeyd edək ki, son klubu "Qalatasaray" olan Ataman Güneyligil ölkəsinin U-20 və U-23 yığmalarına da başçılıq edib.