Xəbər lenti

Voleybolçu qızlar Bakıya gəlir
İdman05:06 10.10.2013

Voleybolçu qızlar Bakıya gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2014-cü ildə İtaliyada keçiriləcək qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsinin qrup oyunlarının keçiriləcəyi şəhərlərin adına aydınlıq gəlib.

Voleybol üzrə yığmamız Bakıda J qrupu çərçivəsində Serbiya, İsrail və Estoniya kollektivləri ilə finala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq. Türkiyə, Rumıniya, Ukrayna və Kipr kollektivlərinin mübarizə aparacaqları I qrupunun oyunları Ankarada baş tutacaq.

K qrupunda (Lodz) Polşa, İspaniya, Belçika, İsveçrə,

L qrupu (Rovinj) Xorvatiya, Hollandiya, Fransa, Macarıstan,

M qrupu (Varna) Bolqarıstan, Çexiya, Slovakiya və Belarus.

Seçmə qruplarda ilk yerləri tutacaq 5 komanda ən yaxşı göstəriciyə malik 2 ikinci yeri tutmuş kollektiv dünya çempionatında vəsiqə qazanacaq. Bundan başqa İtaliya ev sahibi komanda kimi, Avropa çempionatının qalibi Rusiya və ikinci olan Almaniya kollektivləri birbaşa olaraq dünya birinciliyində iştirak edəcəklər.

Qaynar.info