Xəbər lenti

Vüqar Əhmədov Bərdədə vətəndaşları qəbul etdi
Ölkə 20:37 14.11.2025

Vüqar Əhmədov Bərdədə vətəndaşları qəbul etdi

Noyabrın 14-də "Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Bərdə Elektrik Şəbəkəsinin inzibati binasında Bərdə və Tərtər rayonlarından olan vətəndaşlarla görüşüb.

Qaynarinfo xəbər verir ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Bərdə şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Qəbul zamanı "Azərişıq” ASC-nin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.

"Azərişıq” ASC ölkənin bütün regionlarında mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirir. Bölgələrdə vətəndaşlarla, eləcə də sahibkar və fermerlərlə görüşlər təşkil olunur, onların təklif, tövsiyələri dinlənilir. Görülən bütün işlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->