Xəbər lenti

WhatsApp-da koronavirusa görə yeni funksiya işə düşdü
Texnologiya19:31 28.04.2020

WhatsApp-da koronavirusa görə yeni funksiya işə düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
WhatsApp messencerində qrup şəklində audio-video zənglərdə iştirak edəcək istifadəçi sayına qoyulan limit artırılıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, hazırda qrupa 4 deyil, 8 nəfər qoşula bilər. Daha əvvəl bu funksiya test versiyalarda mümkün olub. Onun aktivləşməsi üçün tətbiqetməni yeniləmək lazımdır.
İştirakçıları qrupa əlavə etmək ardıcıllığı əvvəlki kimidir: "Yeni qrup yarat", "Formatı seç" (audio, video) və "Lazımi istifadəçiləri daxil et".
Qrup söhbətlərində istifadəçi sayının artırılması zərurəti koronavirus pandemiyası ilə əlaqələndirilib. Şirkətdən verilən açıqlamada deyilir:
"Pandemiya səbəbindən çoxları dostlarından və ailəsindən uzaq qalıb. Bu səbəbdən istifadəçilər daha çox audio və video zənglərdən istifadə etməyə başlayıb. Bu səbəbdən qrup söhbətləri üçün istifadəçilərin sayı artırıldı”. (qafqazinfo)