Texnologiya 10:46 19.04.2022

“WhatsApp”a çoxdan gözlənilən yenilik əlavə edilir (FOTO)

"WhatsApp” mesenceri "Son görülmə” statusunu artıq müəyyən edilmiş kontaktlardan gizlətməyə imkan verən yeni seçimi sınaqdan keçirir.
 
Qaynarinfo xəbər verir ki, tətbiqin yeni seçimi hazırda "beta” versiyalarındadır.

"WhatsApp”-dan verilən məlumata görə, dünyanın ən məşhur mesajlaşma proqramlarından birinin istifadəçilərinin əksəriyyəti çoxdan belə parametr arzusunda idi. 

Bu yeniləmə həm də profil şəklini və "Haqqımda” bölməsini müəyyən kontaktlardan gizlətməyə imkan verir. Bunun üçün "Parametrlər” > "Hesab” > "Məxfilik” > "...dan başqa kontaktlarım” bölmələrindən keçilməli və adlar qeyd edilməlidir.