Xəbər lenti

“WhatsApp”a görə sinif yoldaşını bıçaqladı - Bakıda qanlı olay
Ölkə16:59 21.04.2015

“WhatsApp”a görə sinif yoldaşını bıçaqladı - Bakıda qanlı olay

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
11-ci sinif şagirdlərinin “WhatsApp”da birinin digərini təhqir etməsi qanlı sonluqla bitib. Nizami RPİ-nin 25-ci polis bölməsindən APA TV-yə verilən məlumata görə, hadisə 238 saylı məktəbin şagirdləri arasında yaranıb. Rövşən Şahmarov Elvin Muradova bir neçə bıçaq zərbəsi vurub. 
Xəsarət alan Elvin Muradov Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Cərrahiyyə əməliyyatından sonra onun səhhətinin kafi olduğu bildirilir.
Bölmədən Elvin Muradovun bədənində 18 sıyrıq və bıçaq xəsarətinin aşkar olunduğu bildirilib. Faktla bağlı cinayət işi açılıb, hadisəni törətməkdə şübhəli bilinən Rövşən Şahmarov saxlanılıb.
Qaynar.info