Xəbər lenti

“WhatsApp”da inqilabi yenilik – MAVİ DÜYMƏ
Ekonomiks09:05 06.11.2014

“WhatsApp”da inqilabi yenilik – MAVİ DÜYMƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

WhatsApp-da  son günlərdə yeni çıxan bir xüsusiyyət barəsində hər kəs danışır.

Texnobaz.com-un verdiyi xəbərə görə, mesajlaşma zamanı yarananan mavi düymənin nə məna verdiyinə, WhatsApp-dan rəsmi açıqlama gəlib.

Məlum olub ki, mavi düymə mesajın qarşı tərəfin artıq oxuduğuna işarədir. Əgər mesaj çatıbsa, amma hələ açılıb oxunmayıbsa, o zaman bu boz rənglə ifadə olunacaq.

Qrup söhbətlərində və ya toplu mesajlarınızda təsdiq işarələri, ancaq bütün iştirakçılar mesajınızı oxuduqdan sonra  mavi olacaq.

Bu yenilənmədən əvvəl “Whatsapp”da ismarıcların göndərilən adama gedib-getmədiyi, ismarıcların yanındakı “iki quş” sayəsində aydın olurdu, lakin mesajın oxunub-oxunmadığı bilinmirdi.

Qaynar.info