Xəbər lenti

“Wolt” kuryeri nar soku gətirdi, həkimlərə 20 min "atdı"
Ekonomiks13:25 03.05.2023

“Wolt” kuryeri nar soku gətirdi, həkimlərə 20 min "atdı"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda həkimlərin moped almaq adı ilə 20 min manatdan çox vəsaitini mənimsəyən "Wolt” şirkətinin kuryeri 3 il müddətində həbs edilib. 
Qaynarinfo-nun məlumatına görə, ötən ilin aprel ayında "Buta” klinikasının həkim-cərrah Veysəl və klinikada həkim-anestezioloq vəzifəsində işləyən Nigar "Wolt” proqramı vasitəsi ilə iş yerinə nar soku sifariş veriblər. 
Asif adlı kuryer sifarişi təhvil verdikdə Nigar və Veysəl onu öz iş otağına dəvət edib. Ondan icarəyə moped vermək barədə maraqlanıb və moped alaraq icarəyə vermək fikirlərinin olduğunu bildiriblər. 
Asif sözügedən işdə yaxşı gəlirin olduğunu və həkimlər pul buraxarsa, onlara moped alıb günlük "Wolt” şirkətinə 15 manata (hər birinə görə) icarəyə verə biləcəyinə inandırıb. Həkimlər də Asifin dediklərinə inanıb, hər mopedə görə günlük 15 manatdan 2 manatını ona verəcəklərini  deyiblər.
Nigar və Veysəl həkim 2022-ci ilin müxtəlif vaxtlarında moped almaq üçün Asifə 20.650 manat pul veriblər. Asif daha sonra onları inandırıb ki, verdikləri pula moped alıb. Üzərindən bir neçə ay keçdikdən sonra 4.119 manat icarə haqqı adı ilə pul qaytarıb. 
Nigar və Veysəl həkim mopedlərə baxmaq istəyəndə məlum olub ki, Asif bunları aldadıb. İcarə haqqı adı ilə verdiyi pullar da onların verdiyi 20.650 manat puldan qalan hissə olub. Ümumilikdə isə icarə haqları da ödəməyib. Asif hər iki həkimə ümumilikdə 16531 manat ziyan vurub. 
Məhkəmənin qərarı ilə Asif Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Əhməd