Xəbər lenti

Xabi Alonso: "Ronaldoya möhtac deyilik"
İdman11:13 15.04.2013

Xabi Alonso: "Ronaldoya möhtac deyilik"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Real"ın futbolçusu Xabi Alonso La Liqada "Atletik”lə (Bilbao) oyundan (3:0) sonra komanda yoldaşı Kriştiano Ronaldo haqqında maraqlı fikirlər səsləndirib.

Qol.Az-ın verdiyi məlumata görə, yarımmüdafiəçi jurnalistlərin "Ronaldoya möhtacmısız" sualını belə cavablandırıb: "Xeyr, ona möhtac deyilik. Ancaq o da var ki, komandanın ən önəmli futbolçusu Ronaldodur. O, hər oyun qol vurmağa çalışır və bunu bacarır da. Özü də ən çətin məqamlarda buna nail olur".

Qeyd edək ki, La Liqada "Atletik” ilə görüşdə portuqaliyalı hücumçu Ronaldo iki qola və bir qol ötürməsinə imza atıb.

Qaynar.info