Xəbər lenti

Xaçmazda 21 kəndin qaz təchizatında fasilə yarandı (VİDEO)
Ekonomiks12:50 12.10.2022

Xaçmazda 21 kəndin qaz təchizatında fasilə yarandı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Oktyabrın 12-də "Xaçmaz" QPS-dən qidalanan Qaradağlı kəndinin ərazisində keçən PE 315 mm-lik orta təzyiqli qaz xəttinin ətrafında məişət tullantılarının yandırılması nəticəsində qaz xətti zədələnib.
"Azəriqaz" İstehsalat Birliyindən Qaynarinfo-ya verilən məlumata görə, bu səbəbdən Xaçmaz rayonunun 21 kəndinin (4500 abonent) qaz təchizatında fasilə yaranıb. Artıq təmir işlərinə başlanılıb. İşlər sona çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.
Video materialdan izləyə bilərsiniz: