Xəbər lenti

Xaçmazda avtomobil xətti zədələdi, 860 abonent qazsız qaldı
Ölkə19:10 29.08.2019

Xaçmazda avtomobil xətti zədələdi, 860 abonent qazsız qaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naməlum avtomobil sürücüsü avqustun 29-u axşam saatlarında orta təzyiqli Xaçmaz-Yalama qaz xəttini zədələyib.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, qaz xəttinin ciddi zədələnməsi səbəbindən Yalama kəndində 860 abonentin "mavi yanacaq”la təhcizatında məcburi fasilə yaranıb.
Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəisi Əlibaba Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda qaz xəttinin təmir-bərpa işləri həyata keçirilir.
Qısa müddətdə kənddə qaz təchizatı bərpa olunacaq.
Faktla bağlı araşdırma aparılır.