
Bu gün günorta saatlarında Xaçmaz rayonunun Niyazabad kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın verdiyi məlumata görə, Xaçmaz şəhər sakini 66 yaşlı Şahlar Bağırovun idarə etdiyi “Hundai” markalı avtomobil idarəetməni itirərək aşıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.