Xəbər lenti

Xalid Cəfərovun kitabı çapdan çıxdı (FOTOLAR)
Ekonomiks08:04 01.03.2019

Xalid Cəfərovun kitabı çapdan çıxdı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İqtisadçı Xalid Cəfərovun "Mühasibat uçotu: Müxabirləşmələrin praktiki izahı" kitabı satışa çıxıb.
Qaynarinfo xəbər verir ki, kitabda Milli Mühasibat Uçotunun Hesablar Planı ilə hər hesab üzrə əməliyyatların müxabirləşmə qaydaları öz əksini tapıb. Kitab həm mühasibatlıq üzrə biliklərini daha da genişləndirən, həm də mühasibatlığı yeni öyrənənlər üçün səmərəli olacaq. 
Kitabda konkret olaraq misallar üzrə əməliyyatların hesablar planı (3 rəqəmli) üzrə müxabirləşmələrdə təsviri və yekun əməliyyatlar təsvir edilib.
Satış qiyməti 22 manatdı. "Mühasibat uçotu: Müxabirləşmələrin praktiki izahı" kitabını "Kitab Evim" mağazalarından əldə etmək olar (Telefon: 012 498-79-89, 055 877-24-44).