Xəbər lenti

Xalq artisti:
Sənət 13:10 02.08.2024

Xalq artisti: "Çox pisəm, ciyərim sıradan çıxır"

Xalq artisti Ənvər Həsənovun səhhətində problemlər yaranıb. 

Bu barədə Qaynarinfo-ya aktyorun özü məlumat verib. Aktyor özünü pis hiss etdiyini bildirib:

"Vəziyyətim çox pisdir. Ciyərim sıradan çıxır. Dünən müayinə üçün yenidən xəstəxanaya getmişdim. Ağrayıram. İnfarktdan sonra hələ özümə gəlməmişəm. Bu gün yenidən həkimə getməliyəm, saat 14:00-da analizlərimin cavabı çıxacaq. Görək nə deyəcəklər. Ona görə bayram-zad yazdıma düşmür".

Aktyor kino günü ilə bağlı həmkarlarını təbrik edib:

"Bu gün kino günüdür, hamı kimi mənim də bayramımdır. Amma kinoda kim qalıb? Kinodakılar getdi... Bir-iki nəfər qaldıq... Əbdül, Rafiq, Fəxrəddin və s.".
 
Qeyd edək ki, bir müddət bundan öncə Xalq artisti Ənvər Həsənovun səhhətində problemlər yaranmışdı. Həkimlər aktyora infarkt diaqnozu qoymuşdu. 

Bahar Rüstəmli
--> -->