
Yaz gəlir, təbiət oyanır və insanların qəlbində də yeni arzular baş qaldırır. Kimi daha çox gəlir qazanmağı, kimi yeni ev və avtomobil almağı, kimi tələbə adını qazanmağı, kimi də ailə qurmağı arzulayır.
Musavat.com paytaxt sakinlərinin qəlbindən keçən arzuları öyrənməyə və xalqımızın hazırda ən böyük arzusunun nə olduğunu aşkara çıxarmağa çalışıb.
Bu məqsədlə şəhər sakinləri arasında “Hazırda ən böyük arzunuz nədir?” sualı ilə sorğu keçirilib.
Cavablar isə gözlənildiyi kimi müxtəlif olub. Tələbələr magistr adını qazanmağı, imtahanlardan uğurla keçməyi, işə düzəlməyi, gənclər pul qazanıb maddi problemlərini həll etməyi, yaşlılar nəvə sahibi olmağı və sair arzulayıblar.
Sorğu iştirakçıları arasında torpaqlarımızın işğaldan azad edilməsini, ölkənin iqtisadi vəziyyətinin düzəlməyini arzulayanlar da az olmayıb.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.
Qaynar.Az