Azərbaycanın Xalq rəssamı, Bakı şəhərinin ilk baş rəssamı olmuş Tofiq Ağababayev 97 yaşında vəfat edib.
Bu barədə "Report"a rəssamın ailəsindən məlumat verilib.
Bildirilib ki, bu gün 14:00-da Təzə Pir məscidində vida mərasimi keçiriləcək.
Vida mərasimindən sonra isə mərhum Yasamal qəbiristanlığında dəfn olunacaq.