"Bununla çoxdan bəri ağzı qıfıllı qalan Şəhidlər məscidinin də qapısı açılmış oldu və inşaallah qapanmaz”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı Zəfər paradında Azərbaycan və Türkiyə dövlət başçılarının Şəhidlər məscidində namaz qılmasından danışarkən deyib. O bildirib ki, paradın ən unudulmaz anlarından biri Azərbaycan və Türkiyə dövlət başçılarının Şəhidlər məscidində namaz qılıb, Azərbaycanın var oluşu və azadlığı yolunda canından keçmiş insanların ruhuna dua etmələri olub:
"Bunu Franca başda olmaqla bəzi Avropa ölkələrinin orta yüzillərin inkvizasiya təfəkkürü ilə yürütdükləri antiislam təbliğatına sakit, lakin dərin mənalı bir mesaj kimi də dəyərləndirə bilərik”.
Sabir Rüstəmxanlı qeyd edib ki, din hər insanın, hər millətin tarixi taleyi, seçimi və vicdan işidir:
"Özünü sivil, gəlişmiş sayan Avropanın min ildən bəri davam edən səlib zehniyyəti onların çağdaş geyimlərinin, demokrat görüntülərinin, texniki tərəqqilərinin arxasında nə qədər bəsit, ibtidai və cahil bir geriqalmış xaçpərəst təəssübkeşliyinin dayandığını göstərir...”
Bahar Rüstəmli