Xalq.az saytına girişlə bağlı problemlər yaranıb. Saytın baş redaktoru Zaur Mirzə-zadə bildirib ki, buna səbəb sayta haker hücumunun olmasıdır.
Onun sözlərinə görə, indiyədək sayta bu miqyasda haker hücumu baş verməyib: "Sayt axşam saatlarından haker hücumu məruz qalıb. Texniki mütəxəssislərimiz bunun qarşısını almaq üçün lazımi işlər görürlər. Qısa zamanda sayt fəaliyytəini bərpa edəcək".
Qaynarinfo.Az