Prezident İlham Əliyev avqustun 26-da fəxri adlara görə aylıq təqaüdlərin artırılması haqda sərəncam imzalayıb.
Təqaüdün məbləği iki dəfə artırılaraq "Xalq” fəxri adı üçün 100 manat, "Əməkdar” fəxri adı üçün 60 manat müəyyən edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu ilin ilk gününə olan statistikaya əsasən, Azərbaycanda fəxri ad daşıyan 1843 nəfər var. Onlardan 163-ü "Xalq”, 1680-i "Əməkdar” adı alanlardır.
"Media forum” saytının hesablamasına görə, fəxri ada görə təqaüd alanların təqaüdünün ödənilməsinə hər ay 58 min 550 manat sərf olunur. Sentyabrın 1-dən qüvvəyə minəcək artımdan sonra bu məbləğ 117 min 100 manat olacaq.