
Yeniyetmələrin 2-ci Yay Olimpiya Oyunlarında bu gün qadın güləşi yarışlarına start verilib.
Azərbaycanın bu növdə yeganə təmsilçisi Leyla Qurbanova (52kq) inamla yarışaraq təsnifat mərhələsində kanadalı Tianna Kennet (4:0), ukraynalı Olena Kremzer (3:1) və salvadorlu Mayra Elizabet Vaskuez Aparisio (4:0) üzərində qələbə qazanaraq finala vəsiqə qazanıb.
Final görüşü Bakı vaxtı ilə 15:00-dan sonra davam edəcək.
Xatırladaq ki, Azərbaycan idmançıları yeniyetmələrin 2-ci Yay Olimpiya Oyunlarında bu günədək 2 qızıl, 5 gümüş və 1 bürünc medal qazanıblar.
Qaynar.info