Xəbər lenti

Xankəndi stadionunda qürurlandıran görüntü (FOTO)
İdman06:29 12.12.2023

Xankəndi stadionunda qürurlandıran görüntü (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xankəndi şəhər stadionunda təmir-bərpa işləri sürətlə davam edir.
Qaynarinfo xəbər verir ki, tribunalarda yeni oturacaqların çox hissəsi artıq quraşdırılıb.
Bundan başqa, stadionun daxilindəki otaqlar da müasir standartlara uyğun təmir olunur.
Artıq stadionda tribunanın üzərinə Xankəndi sözləri də yazılıb.
Qeyd edək ki, Azərbaycan kuboku çərçivəsində "Qarabağ” - MOİK matçının məhz bu stadionda keçirilməsi gözlənilir. Oyun dekabrın 21-də keçiriləcək.