Xəbər lenti

Xankəndi və Şuşanın havadan çəkilmiş son görüntüləri - VİDEO
Ölkə06:56 07.07.2014

Xankəndi və Şuşanın havadan çəkilmiş son görüntüləri - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İnternet şəbəkələrində Azərbaycanın işğal altındakı Xankəndi və Şuşa şəhərlərinin yeni görüntüləri yayılıb. 

Modern.az saytı xəbər verir ki, ermənilərin kvadrokopterlər vasitəsilə çəkdiyi videoda ilk olaraq Xankəndi şəhərinin girişindəki “Nənə-Baba” abidəsi, daha sonra isə sovet dövründə ucaldılan Böyük Vətən Müharibəsi qurbanlarının xatirə kompleksi gözə dəyir. 

Videonun növbəti dəqiqələrində isə Bakıda kütləvi qırğınlar törədən Stepan Şaumyanın heykəli və Şuşa şəhərində 1868-1887-ci illərdə inşa olunmuş “Müqəddəs Məsih” erməni kilsəsinin görüntüləri var.