Xəbər lenti

Xankəndiyə gətirilən ermənilərin son sayı açıqlandı
Siyasət06:43 07.02.2021

Xankəndiyə gətirilən ermənilərin son sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son sutka ərzində Ermənistandan Xankəndiyə daha 47 erməni gətirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 
Bununla da 14 noyabrdan bəri rus sülhməramlılarının məsuliyyət zonasına daşınan ermənilərin sayı 52.278-ə çatıb.
Qeyd edək ki, son 3 gün ərzində Rusiya MN Xankəndiyə gətirilən ermənilərin sayı ilə bağlı fərqli rəqəmlər açıqlayıb. Belə ki, sülhməramlıların müşayiəti altında şəhərimizə gətirilən ermənilərin sayı fevralın 3-də 52.096, fevralın 4-də 52.158, fevralın 5-də isə 51.947 olduğu açıqlanmışdı.