Xəbər lenti

Xaqani Məmmədovun hakimləri hər yerdə təhqir edilir
İdman11:27 24.05.2016

Xaqani Məmmədovun hakimləri hər yerdə təhqir edilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

AFFA İntizam Komitəsi bu gün növbəti iclasını keçirib.

Qaynarinfo.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXXVI turunda "Kəpəz", "Xəzər Lənkəran" və "Rəvan"ın azarkeşləri qaydaları pozduğuna görə, bu klublara maliyyə sanksiyası tətbiq olunub.

Belə ki, "Kəpəz" - "Qəbələ" (0:1) matçının 75 və 85-ci dəqiqələrində gəncəli azarkeşlər tərəfindən meydançaya kənar əşyalar atıldığı üçn klub 2 min manat cərimə olunub.

Elitada qalmaq baxımından prinsipial əhəmiyyət kəsb edən Bayıldakı "Rəvan" - "Xəzər Lənkəran" (2:2) matçının 73-cü dəqiqəsində isə qonaq komandanın azarkeşləri pirotexniki vasitələrdən yararlanıblar ki, bu da Lənkəran təmsilçisinin 1000 manat cərimələnməsinə səbəb olub. Bundan 5 dəqiqə sonra "Rəvan" azarkeşləri meydançaya kənar əşya atıblar. Buna görə də Bakı klubu 2 min manat cərimə ödəməli olacaq.

Bu oyunun 83-cü dəqiqəsində "Xəzər Lənkəran"ın tərcüməçisi Elvar Quliyev Ramil Diniyevin təyin etdiyi səhv penalti qərarına görə hakimlər briqadasını təhqir edib. O, texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalandırılıb. "Xəzər Lənkəran" isə daha 5 min manat ödəməlidir.

"Sumqayıt" - "Neftçi" (2:1) matçının son dəqiqələrində də azarkeşlər özlərini yaxşı aparmayıblar. Belə ki, sumqayıtlı azarkeşlər 80-ci dəqiqədə meydançaya kənar əşyalar atıb. "Sumqayıt" klubu buna görə 1000 manat cərimələnib. Həmçinin bundan 3 dəqiqə sonra "Sumqayıt"ın məşqçisi Seymur Rəhimov texniki zona qaydalarını pozduğu üçün 1 oyunluq cəzalandırılıb, kluba isə daha 1000 manat cərimə yazılıb.

Xaqani Məmmədovun yetişdirdiyi hakimlərin qərarları ilə razılaşmama halları Həvəskarlar Liqasında da baş verib. Belə ki, "Ağdaş" - "Şərur" oyunun 90-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Taryel Zeynalov hakimə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə 5 oyunluq cəzalandırılıb.

"Balaxanı" - "Binə" matçının 87-ci dəqiqəsində isə meydan sahiblərinin hücumçusu Şahin Məmmədov 2-ci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. O, meydandan çıxarkən hakimlər briqadasını təhqir edib və buna görə 4 oyun cəza alıb.

Qaynarinfo.az