Xəbər lenti

Xaricdə çalışan azərbaycanlı həkimlərlə bağlı layihə hazırlandı (VİDEO)
Video 23:53 23.12.2024

Xaricdə çalışan azərbaycanlı həkimlərlə bağlı layihə hazırlandı (VİDEO)

Bu il daxil olmuş şikayətlərin araşdırılması ilə əlaqədar tibb müəssisələrində 32 yerdə yoxlama aparılıb, 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub.


Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov qurumun ilin yekunlarına dair keçirdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.


Vüqar Qurbanov kəndlərdə tibb məntəqələrinin qurulması ilə bağlı plan hazırlandığını deyib. TƏBİB-in icraçı direktoru plastik cərrah kimi diplomsuz fəaliyyət göstərən şəxslərlə bağlı məsələyə də münasibət bildirib.


İcraçı direktor xaricdə fəaliyyət göstərən azərbaycanlı həkimlərin ölkəyə dönmələri ilə bağlı pilot layihənin hazırlandığını deyib.


Vüqar Qurbanov təcili tibbi yardım maşınlarının avtobus zolaqlarına daxil olması ilə bağlı Daxili İşlər Nazirliyi və dövlət yol polisi ilə razılaşmalar əldə edildiyi deyib.



O da bildirilib ki, işgaldan azad olunmuş ərazilərdə 2025-ci il ərzində yeni tibb müəssisələri açılacaq. Açılacaq ailə sağlamlıq mərkəzləri və tibb müəssisələrində həmin ərazilərdən olan həkimlər işə cəlb olunacaq.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 


 

 

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->