Xəbər lenti

Xaricdə daha bir azərbaycanlı koronavirusdan ölüb
Ölkə14:38 15.08.2020

Xaricdə daha bir azərbaycanlı koronavirusdan ölüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Norveçdə əslən Bakıdan olan, 1954-cü il təvəllüdlü Əli Gülbala oğlu Əzizov vəfat edib.
"Report"un Avropa bürosunun məlumatına görə, həmyerlimiz ötən gün koronavirusdan dünyasını dəyişib.
O, bir aydır Norveç Krallığının paytaxtı Osloda klinikaların birinə COVID-19 diaqnozu ilə yerləşdirilmişdi.
Mərhum Norveç vətəndaşıdır və Osloda xüsusi qayda ilə dəfn olunub.