Xəbər lenti

Xaricdə yaşayan azərbaycanlılar 190 manatı necə ala bilər? - Ekspert
Ekonomiks12:27 11.06.2020

Xaricdə yaşayan azərbaycanlılar 190 manatı necə ala bilər? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyada yaşayan azərbaycanlı soydaşlarımız işsizliyə görə onlara təyin olunan 190 manat birdəfəlik yardımı ala bilmir.
Bu barədə Qaynarinfo-ya onların Azərbaycanda yaşayan ailə üzvləri məlumat verib:
"Rusiyada işləyən bir çox vətəndaşlarımızın adına 190 manat birdəfəlik yardım verilib. Pul hesablarındadır. Amma onlar Rusiyada olduğundan pulu ala bilmirlər. Ailə üzvlərinə də vermirlər. Deyiblər ki, ancaq özləri gəlməlidir. Onların vətənə nə vaxt gələcəyi isə bəlli deyil”.
Əmlak məsələləri üzrə ekspert, hüquq müdafiəçisi Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, 190 manat birdəfəlik yardım təyin olunan vətəndaş ailə üzvlərindən birinə adına etibarnamə göndərməlidir:
"Vətəndaşlar yaşadığı yerdən ailə üzvlərindən birinin adına etibarnamə göndərərək, bu yolla hüquqlarını kiməsə etibar edə bilərlər. Bu olmasa, onun yerinə bankdan heç kim pul ala bilməz”.
Bahar Rüstəmli