Xəbər lenti

Xaricdə yaşayan tələbələr gənc fəalların həbsinə etiraz edirlər - FOTO
Ölkə18:30 16.07.2016

Xaricdə yaşayan tələbələr gənc fəalların həbsinə etiraz edirlər - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynanın Xarkov Aviasiya universitetinin azərbaycanlı tələbələri həbsdə olan gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimova dəstək məqsədi ilə aksiya keçiriblər.

Məlumatı "Qaynarinfo.Az"-a tələbələrin özü verib. 

Tələbələrin sözlərinə görə, aksiya keçirmələrinə səbəb gənc fəalların qanunsuz həbsi və onlara verilən işgəncələrlə bağlı olub.

NİDA Vətəndaş Hərəkatının üzvi B. Məmmədov və Q. İbrahimov mayın 10-u saxlanıblar.

Mayın 12-də Xətai Rayon Məhkəməsi onlara haqqında 4 aylıq həbs qəti imkan tədbiri seçib. Gənclər narkotikdə ittiham edilirlər. Ancaq onlar işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.

Beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty İnternational gənc fəalları "Vicdan Məhbusu" kimi tanıyır.

Aydın

Qaynarinfo.Az