Xəbər lenti

Xaricə 4 sentə, özümüzə 11 qəpiyə satılır - ŞƏRH
Ekonomiks08:52 21.12.2016

Xaricə 4 sentə, özümüzə 11 qəpiyə satılır - ŞƏRH

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Bu ilin ilk 11 ayının rəsmi ixracat rəqəmi açıqlandı. Rəsmi rəqəmlərdən məlum olur ki, xaricə satdığımız elektrik enerjisinin ortalama qiyməti 4 sentdir. İndiki rəsmi məzənnə ilə təqribən 7 qəpikdir".

Bu sözləri Qaynarinfo.Az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli elektrik enerjisinin qiymətləri ilə bağlı şərhində deyib.

Natiq Cəfərli bildirib ki, Azərbaycanda son tarif artımından sonra 250 kv-lıq normanı keçən vətəndaşlar ödənişi 11 qəpiklə etməli olacaq: 

"Orta qiymət isə təqribən 9 qəpiyə bərabər olacaq. İndiki rəsmi məzənnə ilə götürdükdə xaricə satılan elektrik enerjisi daxilə satılandan 2 qəpik ucuzdur. Ola bilər ki, gələn il Azərbaycan manatı daha çox dəyərdən düşsün və məzənnə qalxdıqda 4 sent bizim ödədiyimiz qiymətə bərabər olsun. Amma bu günə olan vəziyyətə görə Azərbaycan vətəndaşı elektrik enerjisini xaricə satılan qiymətdən daha baha istehlak edir".

Ekspert qeyd edib ki, xaricə satılan elektrik enerjisinin qiyməti iki dövlət arasında olan danışıqlarla müəyyən olunur: 

"Amma bu dünya bazarındakı qiymətlərə bağlıdır. Biz əsasən qonşu ölkələrə - Gürcüstan, Türkiyə və İrana mübadilə əsasında elektrik enerjisi veririk. İstəsək də, enerjini baha sata bilmərik. Dünya bazarlarında bunun standartı var. Amma daxili bazarda bu hökümətin öz əlindədir. Hökümət istədiyi qiyməti Tarif Şurası vasitəsilə müəyyən edə bilir". 

Natiq Cəfərli vurğulayıb ki, Azərbaycan enerji dövlətidir və biz enerjini daxili resurslarımız hesabına əldə edirik: 

"Azərbaycan konsititusiyasında da da "təbii resursların sahibi xalqdır" deyə bir cümlə yazılıb. Bu da onu göstərir ki, Azərbaycan əhalisi enerjini daha ucuz əldə etməlidir. Təbbi ki, beynəlxalq praktikada enerjisi bol olan ölkələrin tamamında biz bunu görürük. Əhali elektrik enerjisini, benzini, qazı daha ucuz və ən azından müəyyən subsidyalarla alır. Azərbaycanda qiyməti Tarif Şurası dövlət qurumlarının təqdimatı ilə müəyyən edir. İndiki qiymətlər isə daxili bazarda xaricə satdığımızdan bahadır".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az