Xəbər lenti

Xarici investorları Azərbaycana cəlb etmək üçün bu addımlar atılmalıdır (ŞƏRH)
Ekonomiks07:20 02.07.2021

Xarici investorları Azərbaycana cəlb etmək üçün bu addımlar atılmalıdır (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İnvestisiya qoymaq üçün Azərbaycan əhali sayına görə Cənubi Qafqazın ən cəlbedici ölkəsidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli xarici investorların Azərbaycana investisiya qoyması üçün atılacaq addımlardan danışarkən deyib. Onun sözlərinə görə, illərdir ki, bununla bağlı Azərbaycanda müzakirələr aparılır:
"Bu problemlərin həlli üçün daha sürətli addımların atılması lazımdır. Vergi və gömrük məcəlləsinin beynəlxalq standartlara cavab verəcək şəkildə yenidən tərtib edilməsi, Azərbaycanın beynəlxalq təşkilatlara üzvlüyünün sürətlənməsi, Ümumdünya Ticarət Təşkilatına Avropa Birliyi ilə yeni sazişin imzalanmasının sürətlənməsi və s. bunların hər biri vacibdir və xarici investorlar üçün müsbət siqnal ola bilər. 
İkincisi vacib amil məhkəmə islahatlarının aparılmasıdır. İnvestorlar üçün çox vacibdir ki, azad, ədalətli və sürətli şəkildə qərarlar ala bilsin. Hansısa bir problem yaranarsa, məhkəmələrdə ədalətli qərarların alınması çox vacibdir”.
Natiq Cəfərli bildirib ki, bu istiqamətlər üzrə işlərin görülməsinə və kompleks yanaşmasına ehtiyac var:
"Bundan sonra xarici investorlar üçün müəyyən cəlbedicilik olacaq. Amma bəzi problemlərin həlli sürətlənməlidir ki, investorlar üçün Azərbaycana daha çox investisiya qoymaq həvəsinin yaranmasını müşahidə edə bilək. İnvestisiya mühitinin yaxşılaşdırılması yönündə addımların keçikməsi investorların digər ölkələrə yönlənməsinə səbəb ola bilər”.
Bahar Rüstəmli