Ukraynada xarici şirkətlər tərəfindən infrastrukturun bərpası üzrə işlərə başlanır.
Qaynarinfo "Bloomberg"ə
istinadən xəbər verir ki, Avstriya, Almaniya və Türkiyə şirkətləri artıq işə başlayıb.
Agentlik xatırladır ki, Avropa İnvestisiya Bankı əvvəllər bərpanın 1 trilyon avroya başa gələcəyini proqnozlaşdırmışdı. Bu, inflyasiya nəzərə alınmaqla, ABŞ-ın II Dünya müharibəsindən sonra Avropa ölkələrinə yardım edən Marşal planı çərçivəsində ayırdığı vəsaitdən 5 dəfə çoxdur.
"Bloomberg" yazır ki, hökumətlər, baş direktorlar və investorlar bərpa ilə bağlı gözləmə mövqeyi tuturlar. Agentliyin məlumatına görə, getdikcə daha çox şirkət münaqişədən sonra böyük investisiya imkanlarına ümid edərək Ukraynada iştirakını artırır.
"Bloomberg" hesab edir ki, yardımın haradan gələcəyini nəzərə alsaq, Amerika və Avropa şirkətlərinin müqavilələrdə böyük pay alacaqlarını indidən demək mümkündür. Agentliyin məlumatına görə, türk firmaları böyük müqavilələr uğrunda mübarizə başlayanda üstünlük əldə edəcəkləri ümidi ilə artıq işə başlayıb. İndi körpüləri, yolları bərpa edir, elektrik generatorlarını və səyyar xəstəxanaları təmin edirlər.
Avstriya və Almaniya şirkətləri infrastruktur və müdafiə zavodlarını bərpa etməyi planlaşdırır. Belə ki, Almaniyanın "Rheinmetall AG" konserni daha əvvəl Ukraynada 155 mm-lik artilleriya sursatlarının istehsalı üzrə müəssisələr yaratmaq planlarını açıqlamışdı. Tikinti materialları istehsalçısı "Fixit" Ukraynanın qərbində istehsal sahəsi açır və kimya şirkəti "Bayer AG" toxum istehsalına sərmayə qoyur. Danimarka Ukraynanın Nikolaev şəhərindəki gəmiqayırma mərkəzinin bərpası üçün 130 milyon dollar ayırıb.
Aydın
Şərhlər