Xəbər lenti

Xarici valyutada verilən istehlak kreditləri müzakirə olundu
Ekonomiks15:27 13.04.2016

Xarici valyutada verilən istehlak kreditləri müzakirə olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının iclası keçirilib.
Palatadan verilən məlumata görə, iclasın gündəliyinə maliyyə bazarlarının mövcud vəziyyəti, gələcəkdə yarana biləcək təhdidlər və bank sektorunun maliyyə dayanıqlığı, eləcə də yaxın və orta perspektivdə atılacaq addımlar daxil edilmişdir.
İclasın davamında Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən xarici valyutada verilən istehlak kreditlərinə dair tətbiq edilmiş məhdudiyyətlə bağlı bazarın təhlili müzakirə edildi, makroprudensial siyasət çərçivəsinin müəyyən edilməsi istiqamətində tapşırıqlar verildi.
Sonda maliyyə sistemində koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə məşvərətçi orqan olaraq Maliyyə Sabitliyi Şurasının yaradılması ilə bağlı görülmüş işlər müzakirə edildi və gələcək tədbirlərə dair qərar qəbul edildi. (Trend)
Qaynar.info