
Bakının "İnter" klubunun Uşaq-Gənclər Məktəbinin rəhbəri Peter Noyştedterin müqaviləsinin bitdiyini və Azərbaycandan ayrıldığını xəbər vermişdik.
Qaynarinfo.az həmçinin onu da bildirmişdi ki, o bir də Azərbaycana qayıtmayacaq. Bu informasiya artıq təsdiqini tapıb.
Belə ki, Qırğızıstan doğumlu alman mütəxəssis vaxtı ilə futbolçu kimi oynadığı Qazaxıstanın "Kayrat" klubunda işləyəcək. O, bu kluba idman direktoru təyin olunub.
Qeyd edək ki, Peter Noyştedter ilk dəfə Azərbaycana AFFA-nın baş katibi Elxan Məmmədovun dəvəti ilə gəlib. O, 2014-cü ilin aprelində Bakının "Rəvan" klubuna idman direktoru təyin olunub. Ötən ilin qış aylarında bu klubdan qovulan Noyştedter bu ilin yanvarından "İnter"də işə başlamışdı.
Qaynarinfo.az


