Xəbər lenti

Xədicə İsmayılla bağlı cinayət işi qaldırıldı
Ölkə05:53 19.02.2014

Xədicə İsmayılla bağlı cinayət işi qaldırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycana və regiona aid ətrafli məlumatlar ABŞ-ın nəyinə yarayır? Yarayırsa, jurnalistlərimiz niyə bu məsələlərdə alət olurlar?

Xəbər verildiyi kimi, "Azadlıq radiosu"nun əməkdaşı Xədicə İsmayıl ötən gün şahid qismində Baş prokurorluğin ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb. Buna səbəb onun şəxsi Facebook səhifəsində yerləşdirdiyi Milil Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən sənəddir. O sənəd ki, dövlət və ya xidməti sirr təşkil edən sənəd kimi qiymətləndirilir və bu gün bu fakt üzrə cinayət məcəlləsinin 284.2, yəni dövlət sirrini yayma maddəsi ilə cinayət işi başlanılıb.

Dindirilmə fevralın 19-da davam edəcək.

Xədicə İsmayılova:

«Bildirdim ki, bu materialı daha öncə 2011-ci ildə başqa bir «Facebook» istifadəçisi yayıb. Material mənə ötürülməmişdən əvvəl yayılıb. İstintaq səylərini bundan sonra həmin istiqamətdə davam etdirsin. Əsas məsələ odur ki, mənə cinayət işinin açılması ilə bağlı qərarı göstərmədilər. Bilmədim ki, iş nəyin əsasında açılıb. Söhbət dövlət sirrinin yayılmasından gedirsə, bu, yalnız sənəd həqiqi olduğu təqdirdə baş verə bilər. Cinayət işinin istintaqı zamanı daha çox məlumat əldə edəcəyik. Onda məlum olacaq ki, həmin sənəd həqiqidir, yoxsa yox. Həqiqidirsə, onda MTN-in insanların həyatını pusub sonra onları şantaj etməsi ilə bağlı ayrıca cinayət barədə danışmalı olacağıq».

Xədicə İsmayıl dindirilmə zamanı ona təzyiq etməyə çalışdıqlarını deyib:

«Hərdən bir mənə təzyiq göstərməyə çalışırdılar ki, bildiyim məlumatları gizli saxlamağa haqqım yoxdur. Məlumatı mənə verən şəxsin adını açıqlamadım. Onlara KİV haqqında qanunu xatırlatdım. Məni dindirən müstəntiqin hərdən bir səbri daşırdı. Başa düşürəm, iş günün sonudur, yorulub. Ancaq mənə təzyiq göstərmək də o qədər də asan iş deyil».

AzadAvropa/ AzadlıqRadiosu şirkətlər qurpunun prezidenti Kevin Klose Xədicə İsmayıla qarşı Azərbaycanda baş verən təzyiqləri pisləyib. "Hökəmətpərəst media tərəfindən dissidentlərin və müstəqil söz sahiblərinin şpionajda ittiham olunması Sovet dövründə geniş yayımış bir hadisə idi. Təəssüf ki, keçmiş Sovet ölkələrində biz hələ də belə halları görürük. Xədicə İsmayıla qarşı sonuncu ittihamlar cəfəng olmaqla yanaşı, həm də təhlükəlidirlər" - deyə Klose bildirib. O əmindir ki, bu ittihamlar siyasi motiv daşıyır və jurnalistin təqib olunması məqsədilə uydurulub.

Qaynar.info