
Bu gün yenidən prokurorluğa çağırılan jurnalist Xədicə İsmayılovanın istintaqı başa çatıb.
Qaynar.info-nun əməkdaşının verdiyi məlumata görə, istintaq zamanı müstəntiq Sənan Paşayev Xədicə İsmayılovadan sənədi ona kimin verdiyini soruşub.
X.İsmayılova da bunun KİV haqqında qanuna zidd olduğunu deyib.
Xədicə İsmayılovanın növbəti dindirilməsi sabah saat 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində olacaq.
Qeyd edək ki, istintaq zamanı Xədicə İsmayılovaya ölkədən çıxmaq qadağan olunub.
Qaynar.info