Xəbər lenti

Xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı təşəkkür etdi - FOTO
Ölkə08:20 17.04.2014

Xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı təşəkkür etdi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xərçəng xəstəliyindən əziyyət çəkən azərbaycanlı teleaparıcı Hacı Nuranın yeni fotosu yayılıb.

“Qafqazinfo” xəbər verir ki, uzun müddətdir üzləşdiyi xəstəlik üzündən Almaniyada müalicə olunan aparıcı sosial şəbəkədə yeni fotosunu paylaşıb və ona dəstək olanlara təşəkkürünü bildirib:

 “Mənə həmişə elə gəlir ki, ən isti varlıq Günəşdir.  Amma hərdən elə dostlarımın səmimiyyətini görürəm ki, günəşin istisi zəif görünür, həqiqi dost istisindən yanmaq olmur.  Xəstə olduğum gündən mənə və neçə-neçə ağır xəstələrin əməliyyatlarına maddi-mənəvi kömək olan uşaqlıq dostum Haci Nazim Fərzəliyevə təşəkkür edirəm. Yaxşı ki, varsan. Ziyarətimə gəlişinlə də məni sevindirdin,  ALLAH da səni sevindirsin. Mənə dəstək olan hər kəsə minnətdaram”.

Qaynar.info