Xəbər lenti

Xərçəngin qənimi brokkoli kələmi niyə bahadır? (AÇIQLAMA)
Ekonomiks08:46 31.01.2024

Xərçəngin qənimi brokkoli kələmi niyə bahadır? (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu gün bazarlarda brokkolinin qiymətinin bahalaşmasına səbəb əkinçinin onu sahəsində becərə bilməməsidir".
Bunu Qaynarinfo-ya açıqlamasında açıqlamasında fermer Anar Abbasov deyib. 
Onun sözlərinə görə, bu gün bazar və marketlərdə bir kilosu 4-5 manata satılan brokkoli 55-60 günə yetişən toxumdur:
"Amma bizə lazımdır ki, brokkolinin sahədə qalıcılıq qabiliyyəti çox olsun. Bunun üçün 90-95 günə yetişən toxum əldə etmək lazımdır. Bu gün əkilən toxum 60 günlükdür, 20-25 gün də sahədə qalır. Ondan sonra dərilməlidir, əkinçi onu sahədə saxlaya bilmir, çiçək açır, bu zaman qidaya yararlığını itirir".
Fermer təklif edir ki, Azərbaycan bu məhsulla bağlı xaricdən 90-95 günlük toxum gətirilsin: 
"Xüsusən də payız aylarında əkilən toxum 95 günlük olmalıdır".
Bahar Rüstəmli