
Ötən gün Bakıda keçirilən "Qarabağ" - "Dnepr" oyunu zamanı xəsarət alan gəncin sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verilib.
Fanat.az xəbər verir ki,“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov stadionun 11-ci sektoruna buraxılışı nəzərdə tutan dəmir qapının aşması nəticəsində xəsarət alan Samir Miriyev adlı gəncə baş çəkib.
N.İbrahimov hadisədən sonra təcili tibbi yardımla 1 saylı şəhər xəstəxanasına aparılan gəncin səhhəti ilə maraqlandığını bildirib: “Xəstəxanadayam. Allaha çox şükür ki, azarkeşimizin həyati təhlükəsi yoxdur. Samirin atasının “Qarabağ” canımızdır” deməsi tüklərimi biz-biz etdir.”
Bundan başqa, klubun mətbuat katibi yaralı gəncin bu gün əməliyyat olunacağını da qeyd edib.
Fanat.az
Qaynar.info