Xəbər lenti

“Xətai” stansiyasının açılacağı vaxt bəlli oldu
Ekonomiks08:50 11.06.2019

“Xətai” stansiyasının açılacağı vaxt bəlli oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bakı Metropoliteni”nin "Xətai” stansiyası avqust ayında açılacaq.
Bu barədə "Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov məlumat verib.
O bildirib ki, hazırda stansiyada eskalatorların sazlanma prosesi gedir:
"Biz çalışırıq ki, "Xətai” stansiyasını sərnişinlərin istifadəsinə mümkün qədər tez verək. Tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Eskalatorlar artıq quraşdırılıb. Avqust ayında stansiya yeni görkəmi ilə istifadəyə veriləcək”.
H.Məmmədov qeyd edib ki, "B3” stansiyasının tikintisinin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Onun sözlərinə görə, hazırda həmin ərazidə təmir-tikinti işləri davam etdirilir. (oxu.az)