Xəbər lenti

Xəyalədən onlara
Ölkə 10:17 13.07.2022

Xəyalədən onlara "Təlxək" deyən deputata cavab: "Siz qapı-qapı gəzib... " (FOTO)

"Salam, çox hörmətli deputat. Əslində haqqımızda danışmazdan əvvəl millət vəkili olduğunuzu bilmirdim. Ona görə yox ki, savadım çatmır, dünya görüşüm yoxdur. Sadəcə bir deputat kimi heç nə ilə yadda qalmamısınız. Bizimlə bağlı danışdığınıza görə yetəri qədər özümüzü tanıda bilmişik. Bir sözünüzlə razıyam ki, "Komedixana" aktyorlarının kollec təhsili yoxdur".

Qaynarinfo xəbər verir ki, bu sözləri aktrisa Xəyalə Quliyeva deyib. Aktrisa sosial şəbəkədə yazdığı şərhlə "Komedixana" proqramını tənqid edən millət vəkili Etibar Əliyevə cavab verib:

"Bəli, haqlısınız! Onların hamısı ali təhsillidir. Elə özümü deyim. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində görkəmli sənətkarlardan səhnə danışığı, səhnə mədəniyyəti və aktyor, rejissor dərsləri almışam. Bu o vaxta təsadüf edib ki, siz qapı-qapı gəzib, seçicilərinizə bülleten paylayıb, sizi seçməklərini xahiş edirdiniz. Məncə, bilib-bilmədən danışmaq sizə yaraşmadı. Eybi yox, bar verən ağacı daşlayarlar. Bir daş da sizdən gəlsin. Əminəm ki, vaxtilə bostanınıza o daşların bir qırığı da atılmayıb. Hörmətlə, ali təhsilli, 4 diplomlu, 20 illik təcrübəli, aparıcı-aktrisa Xəyalə Quliyeva”.

Xatırladaq ki, deputat Etibar Əliyev iki gün əvvəl "Komedixana" verilişi haqqında "Təsadüfən Xəzər TV-nin "Komedixana" kimi urvatsız bir verilişinə baxdım. Görəsən, bu verilişdə iştirak edənlərin heç olmasa kollec təhsili varmı? Hansı məqsədlə gənclərin tərbiyəsini pozursunuz. Onlara bayağı və təlxək davranışları təlqin edirsiniz?" sözlərini söyləyib. 
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->