Almaniyada hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” ötən gün ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi Regionalliqada mübarizə aparan “İnqolştadt 04”ün ikinci komandası ilə qarşılaşıb.
“Ağ-yaşıllar”ın hazırlıq keçdiyi Bad Qöqqinq qəsəbəsindəki “Marc Aurel” otelinin meydançasında baş tutan görüşdə Con Toşakın yetirmələri almanları darmadağın edib. Qarşılaşma 6:1 hesabı ilə başa çatıb.
Matçda Zohair Benouahi dubl edib. Junior Nildo, Manuel Skarlatake Uğur Pamuk və Elnur Cəfərov hərəyə bir dəfə fərqləniblər.
Bu görüşdən sonra “Xəzər Lənkəran” Avroliqanın ilk oyunu üçün Maltanın Ta-Qali şəhərinə yollanacaq. Təmsilçimizin “Slima” ilə qarşılaşması isə iyulun 2-də, yerli vaxtla 17:45-də (Bakı vaxtı ilə 20:45-də) başlayacaq. Matçı estoniyalı Erik Saar idarə edəcək.