
“Xəzər Lənkəran”ın Mbilla Etameni transfer etmək istədiyi barədə məlumat vermişdik. Artıq tərəflər arasında danışıqlar prosesi yekunlaşmaq üzrədi.
Fanat.az xəbər verir ki, kamerunlu futbolçu artıq Bakıdadı. Heç bir problem çıxmasa və tərəflər arasında bütün məsələlər razılaşdırılsa, yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Mbilla Etame 2008-ci ildən Türkiyənin “Adanaspor” klubunda çıxış edir. 25 yaşlı kamerunlu forvard bu müddətdə 61 qol vurub. Məşhur “Transfermarkt” saytı ona 1.5 milyon avro qiymət qoyub.
Qaynar.info