"Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Cüneyt Biçərin yeni klubu müəyyənləşib.
Qaynarinfo-nun məlumatına görə mütəxəssis Türkiyənin aşağı dəstə klubu "Altay”ı çalışdıracaq. Klub Biçərin baş məşqçi vəzifəsinə təyin olunduğunu açıqlayıb.
Altaydan olan məşqçi sonuncu dəfə "Elazığspor”u çalışdırıb.
Biçər 2012-ci ildə "Xəzər-Lənkəran”ı, 2010-cu ildə isə "Bakı”nı çalışdırıb. O, Bakı klubuna Azərbaycan kubokunu qazandırıb.
Səbuhi Həsənov