Xəbər lenti

“Xəzər Lənkəran”ın məşqində üç futbolçu zədələndi
İdman16:46 25.09.2014

“Xəzər Lənkəran”ın məşqində üç futbolçu zədələndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Premyer Liqanın VII turu çərçivəsində sentyabrın 28-də “Qəbələ” klubunun qonağı olacaq “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir. 

Qaynar.info-nun Apasport.az-a istinadən xəbər verir ki, sentyabrın 25-də bir məşq olub. 

Komanda saat 15:45-də Bədən Tərbiyyəsi və İdman Akademiyasının stadionunda məşqə çıxıb. 

Əsasən taktiki planda toplu çalışmalardan ibarət olan və bir saat 15-dəqiqə davam edən hazırlıq prossesinin gedişində Rəşad Sadiqov, Fernando Qabriel və Əfran İsmayılov zədələniblər. Hər üç futbolçu ağrı səbəbindən məşqi yarmçıq saxlamalı olublar. 

Meydançanın kənarında duran klub prezidenti Mais Mənsimov komandanın hazırlığını diqqətlə izləyib.

Qaynar.info