Xəbər lenti

Xəzər "Rezin ördəyi" qəbul etmədi
Ölkə11:17 03.09.2013

Xəzər "Rezin ördəyi" qəbul etmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıya gətirilmiş "rezin ördək" geri qaytarılır. 

Qaynar.info YARAT Müasir İncəsənət Mərkəzinin "Facebook" səhifəsinə istinadən xəbər verir ki,  məşhur ördəyin Bakı səfərinin təxirə düşməsinə səbəb qeyri-sabit hava şəraitidir: "Təəssüflə nəzərinizə çatdırmaq istəyirik ki, qeyri-münasib hava şəraitinə görə 2013-cü ilin 5 sentyabr tarixində Bakı Bulvarında gözlənilən Hollandiya incəsənət xadimi Florentiyn Hofman tərəfindən ərsəyə gətirilən “Rezin Ördək” əsərinin təqdimat mərasimi təxirə salınır. Əfsuslar olsun ki, küləkli hava və dalğalı dəniz bizi “Rezin Ördəyin” suya buraxılmasından çəkindirdilər. Bununla əlaqədər olaraq 4 sentyabr 2013 ildə Beynəlxalq Muğam Mərkəzində kecirilməsi planlaşdırılan, Florentin Hofmanın "Həyatdan da üstün" adlı mühazirəsi də təxirə salınır. Lütfən, təşkilatımızın veb-səhifəsində və Facebook hesabında tədbirlə bağlı daima yenilənən məlumatları izləyin!".

Qaynar.info