Xəbər lenti

Xəzər Universitetində Beynəlxalq Ana Dili Günü çərçivəsində tədbir keçirildi (FOTO)
Foto 14:06 22.02.2024

Xəzər Universitetində Beynəlxalq Ana Dili Günü çərçivəsində tədbir keçirildi (FOTO)

2024-cü il fevralın 21-də Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Günü çərçivəsində Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyevanın iştirakı ilə elmi seminar təşkil olunub. 

Qaynarinfo xəbər verir ki, tədbiri giriş sözü ilə açan Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova bu günün önəmindən, dilin millətin varoluşundakı əhəmiyyətindən danışaraq sözü professor Sevinc Əliyevaya verib. 

Professor Sevinc Əliyeva çıxışında mərkəzin fəaliyyət istiqamətləri, dilə dövlət qayğısı, Ümummilli Lider Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin Azərbaycan dilinə həssas münasibəti, dillə bağlı həyata keçirilən layihələr və başqa bir çox önəmli məsələ barədə əhatəli məlumat verib. O, qeyd edib ki, Azərbaycan dili ilə bağlı təkcə ölkəmizdə yox, dünyanın bir çox yerində önəmli işlər görülməkdədir. 

Mərkəzin gördüyü işlər, televiziya, radio, internet və digər sahələrdə Azərbaycan dilinin norma və qaydalarının pozulması halları, eləcə də dilimizə daxil olan yeni sözlər ətrafında müzakirələr aparılıb. Tələbələrin suallarını cavablandıran prof. Sevinc Əliyeva Azərbaycan dilinə sevgi, onun saflığının qorunması və yaşadılması ilə bağlı gənclərə tövsiyələr verib. 

Tədbirin davamında Xəzər Universitetində təhsil alan əcnəbi tələbələrin universitetin Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının "Yaşamağa nə var ki" şeirini səsləndirdikləri video nümayiş olunub. Sonda xatirə şəkli çəkilib.

Yeqzar Cəfərli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->