Xəbər lenti

Xəzərdə 2 balıqçının xilasedilmə əməliyyatı uğurla başa çatdı (YENİLƏNİB)
Ölkə13:06 08.11.2018

Xəzərdə 2 balıqçının xilasedilmə əməliyyatı uğurla başa çatdı (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xilasetmə əməliyyatlarının koordinasiyasını həyata keçirən Milli Mərkəz tərəfindən operativliyi təmin etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin sürətli qayığı hadisə yerinə cəlb edilib. 
Qaynarinfo xəbər verir ki, balıqçılar FHN xilasedicilərinin müşaiyəti ilə sahilə çatdırılıb.
İlk anda yaxınlıqda olan və hadisə yerinə yönəldilən Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Bakinskaya – 3” gəmisi geri çağırılıb.
***14.11 
Bu gün saat 12:44 radələrində Novxanı qəsəbəsində taxta qayıqla dənizə çıxan 2 balıqçının təhlükə ilə üzləşməsi barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologilayalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olub.
Qaynarinfo Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatda sahildən 10 km məsafədə qayığın hərəkət vericisi xarab olduğundan su axınının balıqçılar olan qayığı açıq dənizə doğru apardığı bildirilib.
"Milli Mərkəz tərəfindən dərhal hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb. Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Bakinskaya – 3” gəmisi kömək üçün hadisə yerinə yönəldilib. Hazırda Milli Mərkəz tərəfindən xilasetmə əməliyyatlarının koodinasiyası həyata keçirlir”, - deyə məlumatda vurğulanıb.