Xəbər lenti

Xəzərdə 5 azərbaycanlı balıqçı itkin düşdü
Ölkə17:29 25.03.2014

Xəzərdə 5 azərbaycanlı balıqçı itkin düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Martın 25-də Xəzər dənizində azərbaycanlı balıqçıların olduğu qayıq itkin düşüb.

Modern.az-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonu ərazisindən 5 nəfər balıq tutmaq məqsədi ilə mühərrikli qayıqla Xəzər dənizinə çıxıb və yanacağın bitməsi səbəbindən dənizdə köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd helikopteri, digər xilasetmə qüvvələri axtarış xilasetmə işlərinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.
FHN hadisə barədə əlavə məlumat veriləcəyini bildirib.

Qaynar.info