Xəzər dənizində qayıqda köməksiz vəziyyətdə qalmış şəxslər xilas edilib.
Bu barədə Qaynarinfo-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, Bakı şəhərinin Suraxanı rayonunun Hövsan kəndi yaxınlığında dənizdə (təxminən, 20 km dənizin içinə doğru) taxta qayıqda köməksiz vəziyyətdə qalmış 2 nəfər Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində xilas olunub. Xilas olunan şəxslər gəmi ilə sahilə gətirilib.
***20.00
Paytaxtın Suraxanı rayonunun Hövsan kəndi yaxınlığında dənizdə (təxminən 20 km dənizin içinə doğru) iki nəfər taxta qayıqda köməksiz vəziyyətdə qalıb.
Bu barədə Qaynarinfo-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan əraziyə cəlb olunub.
Dövlət Dəniz Administrasiyasından verilən məlumata əsasən, "Zəfər” gəmisi də qayığın olduğu əraziyə cəlb olunub.